Anton Mailyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anton Mailyan
Ümumi məlumatlar
Doğum tarixi 16 (28) mart 1880[1]
Doğum yeri
Vəfat tarixi 20 aprel 1942(1942-04-20)[1] (62 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, xormeyster, musiqi pedaqoqu, ictimai xadim
Fəaliyyət illəri 1905–1942
Janrlar klassik musiqi, opera, balet[d]
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1930
"Şərəf nişanı" ordeni — 1938
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anton Sergeyeviç (Sarkisoviç) Mailyan (erm. Անտոն Սարգսի Մայիլյան; 16 (28) mart 1880[1], Tiflis[1]20 aprel 1942[1], Bakı[1]) — erməni bəstəkarı, xormeyster, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1930).[2]

Anton Sergeyeviç (Sarkisoviç) Mailyan 1880-ci il martın 28-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Nersisyan məktəbində almışdır. İlk musiqi təhsilini Tbilisidəki Müəllimlər Seminariyasında Makar Yekmalyan, Xristofor Qara-Mirzə kimi bəstəkarlardan almışdır. 1900–1903-cü illərdə Rus Musiqi Cəmiyyətinin nəznindəki Tbilisi musiqi məktəbində N.D.Nikolayevin bəstəkarlıq sinfində oxumuşdur. Qısa müddət Tbilisidəki Müəllimlər Seminariyasında dərs demişdir. 1906-cı ildə Bakıya köçərək, burada yaşayıb yaratmışdır.[3][4]

1918–1919-cu illərdə Tbilisidə musiqi dərsi vermişdir. 1920-ci ildə yenidən Bakıya qayıtmış və sosialist Bakısında fəaliyyət göstəmişdir. 1930-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 17 aprel 1938-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

20 aprel 1942-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Azərbaycan ziyalıları. Bakı, 1930-cu il. Ayaq üstə olanlar (soldan sağa): Asəf Zeynallı, Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli. Aşağıdakılar (soldan sağa): Anton Mailyan, Əbdürrəhim bəy Haqverdiyev, Gibo Kornelli, Rzaqulu Nəcəfov

Bakının neft rayonlarında ilk fəhlə xorları təşkil etmişdir. Anton Mailyan "Gülnaz nənənin nağılları" (erm. Գյուլնազ տատի հեքիաթը, Qazaros Ağayanın əsəri üzrə, 1906), "Gözəl bahar" (1925), "Zizik" (erm. Զիզիկ, 1926), "Bəxt çəyirdəyi" (erm. Բախտի կորիզը, 1926), "Dəcəl Mikiç" (erm. Չարաճճի Միկիչը, Hovannes Tumanyanın əsəri üzrə, 1926) uşaq operalarının, "Tmblaç Xaqan" (1929), "Molla Nəsrəddin" (1940) musiqi komediyalarının, vokal-simfonik, kamera-instrumental əsərlərin, dram tamaşalarına musiqinin və s. müəllifidir.[2][4]

Onun Azərbaycan və erməni xalqlarının dostluğundan bəhs edən "Səfa" (1933) operası 1939-cu ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur (libretto müəllifi M.S.Ordubadi, quruluşçu rejissor S.Dadaşov).[2]

1910–1917-ci illərdə Bakıda erməni dilində çıxan "Teatr və musiqi" (erm. Թատրոն և երաժշտություն) jurnalının baş redaktoru olmuşdur.[3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 Маилјан, Антон Серҝејевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 303.Маилјан, Антон Серҝејевич&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000021-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000025-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000002A-QINU`"'С. 303&rft.pub='"`UNIQ--templatestyles-00000026-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1982&rft_id=https://archive.org/details/ace-vi-cild/page/302/mode/2up&rfr_id=info:sid/az.wikipedia.org:Anton Mailyan" class="Z3988">
  3. 1 2 Ermənistan Sovet Ensiklopediyası (erməni). С. VII. Yerevan: ESE-nın Baş Redaksiyası. 1981. səh. 200. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
  4. 1 2 Музыкальная энциклопедия (rus). Т. 3. Москва: Сов. энциклопедия. 1976. səh. 394–395. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.