Adelin həyatı
Adelin həyatı | |
---|---|
fr. La Vie d'Adèle — chapitre 1 & 2 | |
Janr | dram |
Əsas mövzu | Romantik sevgi[6], İnsanın seksuallığı[6], Cinsi cazibə[6] |
Rejissor | Abdellatif Keşiş |
Əsərin müəllifi | Jüli Maro |
Ssenari müəllifləri |
Abdellatif Keşiş Qaliya Lakrua |
Baş rollarda |
Adel Ekzarkopulos Lea Seydu |
Operator | Sofian Əl Fani |
Rəssam | Culiya Lemer |
İstehsalçılar |
Quat'sous Films Wild Bunch |
İlk baxış tarixi | 23 may 2013[7], 9 oktyabr 2013[8], 19 dekabr 2013[9], 10 oktyabr 2013[10] |
Filmin növü | bədii film |
Müddət | 175 dəq. |
Büdcə | 4 milyon €[1] |
Gəlir | 19,412,787 $[2] |
Ölkələr |
Fransa Belçika İspaniya |
Dil | fransızca |
İl |
23 may 2013 (Kann)[3] 9 oktyabr 2013 (Fransa) 7 noyabr 2014 (Azərbaycan)[4] |
Texniki məlumatlar |
2.35 : 1 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri |
Fransa Belçika İspaniya[5] |
IMDb | ID0275491 |
Vikianbarda əlaqəli mediafayllar |
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude"[11]) adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na [12] layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar[13][14].
Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir)[15]. "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi[16]. Bir çox tənqidçilər Adelin həyatını 2013-cü ilin ən yaxşı filmi elan etmişdi[17][18][19][20]. Keşiş 3 saat davam edən kinoteatr versiyası ilə məhdudlaşmayaraq, filmin «final montajı» olacağını da elan etmişdi. Final montaj versiyası kinoteatrlarda nümayiş olunan filmdən uzundur və orjinal filmə təxminən daha 40 dəqiqə əlavə edilmişdir. Rejissor gələcəkdə filmin sikvel versiyasının da çəkiləcəyini istisna etməmişdi[21].
Məzmun
[redaktə | mənbəni redaktə et]Film cinsi formalaşma, böyümə və ölümcül sevgi haqqındadır.
- Birinci fəsil
Adel (Adel Ekzarkopulos) — orta statistik fransız yuxarı sinif şagirdidir. O, Lill şəhərinin ətraf rayonlarının birində yaşayır və çətinliklə hər gün litseyə gedən avtobusa çatır. Məktəbdə Adel ədəbiyyat və dil fənləri ilə maraqlanır. Filmdə fransız ədəbiyyatı dərsində Pyer Marivonun "Mariannanın həyatı" adlı romanının müzakirəsi göstərilir. Kitab Adeldə güclü təəssürat yaradır.
Tənəffüs vaxtı həyətə yığışan Adelin rəfiqələri onun diqqətini Toma adlı yaraşıqlı oğlana yönəldirlər və yuxarı sinifdə oxuyan oğlanın Adelə simpatiyasının aydın şəkildə hiss olunduğunu bildirirlər. Adelin də oğlandan xoşu gəlir. Ertəsi səhər, Adel və Toma təsadüfən avtobusda rastlaşırlar və məktəbdən sonra görüşməyə razılaşırlar. Küçə ilə görüşə gedən Adelin diqqətini birdən yanından keçən və saçları mavi rəngdə olan bir qız cəlb edir. Adel Toma ilə kafedə görüşürlər, daha sonra isə onlar kinoteatra gedirlər və Toma burada Adeli öpür. Evə qayıdan Adelin ovqatı təlx olur. Çünki o başa düşür ki, hər nə qədər yaxşı oğlan olsa da, onunla Toma arasında daha az yaxınlıq var, nəinki mavi saçlı yad qız arasında.
Növbəti gün litseydə Adel rəfiqələrinin keçən gecə ilə bağlı sorğu-suallarından və Toma ilə təsadüfi görüşdən qaçmağa çalışır. Lakin Toma onun arxasınca qaçaraq ondan izahat tələb edir. Adel isə Tomanı öpür və daha sonra onunla cinsi əlaqə ilə məşğul olur. Bundan sonra Adel çaşqınlığa düşür və Tomanın əslində çox yaxşı oğlan olmasına baxmayaraq, onunla heç bir ortaq əlaqəsi olmadığını anlayır. O, Tomanı atır və diqqətini dağıtmaq üçün mavi dostu ilə gecə klubuna gedir və orada yenə mavi saçlı qızla görüşür. Qızın adı Emmadır (Lea Seydu) və o, İncəsənət Universitetinin tələbəsidir.
Növbəti günün səhəri, Emma Adeli məktəbin çıxışında gözləyir. Qızlar sahilboyunca gəzintiyə çıxırlar və özləri haqqında bir-birinə danışırlar. Xasiyyətcə az oxşasalar belə, qızların açıq-aydın bir-birindən xoşu gəlir. Adelin sinif yoldaşları Emmanı litseydə görən kimi öz emosiyalarını saxlaya bilmirlər. Qızların litseydə növbəti görüşü zamanı sinif yoldaşları aqressiv davranaraq, Adelin cinsi oriyentasiyası barədə müzakirə aparırlar və nəticədə bu çaxnaşmaya gətirib çıxarır.
Adel Emma ilə daha çox vaxt keçirir. Onlar artıq bir-birini ehtirasla istəyir. Qızlar bir-birinin valideynləri ilə görüşürlər, burada Adel Emmanın qız yoldaşı, Emma isə fəlsəfə imtahanına yardım göstərən bir dost qismində çıxış edir. Emma gözəl rəsm çəkir və Adel onun ilham mənbəyinə çevrilir.
Bir-birinə güclü istəyin və ehtirasın olmasına baxmayaraq, qızlar çox fərqlidir. Adelin dəqiq həyat planı mövcuddur və müəllim karyerasını müvəffəqiyyətlə həyata keçirir. Emma bir rəssam kimi özünü dərk etməyə çalışır, lakin bu daha çox səy tələb edir.
- İkinci fəsil
Hadisədən bir neçə il ötür. Emma bütövlüklə özünü yaradıcılığa həsr edir. Adel – uşaq bağçasında müəllimədir. Emma açıq şəkildə yaşayır, Adel isə Emma ilə olan münasibətləri gizlədir. Nəticədə, Adel Emmanın özgəninkiləşdirilməsindən yorularaq gizli şəkildə iş yoldaşı olan bir oğlan ilə görüşməyə başlayır. Bunu bilən Emma hirslənir və Adelin bütün etirazlarına baxmayaraq evdən qovur. Adel onun bağışlamasını istəyir və qapının arxasında duraraq izahat verməyə çalışır. Bu andan Adelin həyatı səhərlər işdə gülümsəməklə, axşamlar isə tənhalıqda gözyaşı tökməklə keçir. Onun Emmaya olan hissləri hətta üç il sonra belə dəyişmir.
Adel ilə Emma, nəhayət, kafedə görüşürlər. Ona olan sevgisini etiraf edir və qayıtması üçün xahiş edir. Emma gözyaşlarına hakim ola bilmir və Adelin artıq keçmiş bir hiss olduğunu bildirir. Adel keçmiş sevgilisinin tam olaraq şüurdan itməsini Emmanın sərgisində müşahiyət edir. Emmanın çəkdiyi rəsmlərdə artıq başqa qadın əks olunub, onun mavi paltarı isə yersiz görünür və Adeli artıq cəlb etmir. Gözyaşları içərisində Adel sərgini tərk edir.
Rollarda
[redaktə | mənbəni redaktə et]
|
|
İstehsalı
[redaktə | mənbəni redaktə et]İnkişaf
[redaktə | mənbəni redaktə et]Rejissor və ssenari müəllifi Abdellatif Keşiş filmin süjetini daha da inkişaf etdirərək, özünün ikinci bədii filmi sayılan Sevgi oyunları və Şansa yönəltmişdi. O, oxunu rəsm sənətini və yazını güclü hiss edən müəllimlərlə görüşür və bu onda Fransız qadın müəllimlərinin karyerası və həyatı haqqda bəhs edəcək real film yaratmağa ilhamlandırır. Bununla belə, bu konsepsiya yalnız bir neçə il sonra yekunlaşmışdı. O zamanlar Keşiş təsadüfən Jüli Maronun iki qadının bir-birinə olan sevgisi barədə bəhs edən qrafik romanı ilə rastlaşır və o həmin an öz ssenarisini bu romanla birləşdirmək ideyasına gəlir[22].
Aktyor seçimi
[redaktə | mənbəni redaktə et]2011-ci ilin sonunda Paris şəhərində Adele roluna ideal aktrisa tapmaq üçün kastinq elan edilmişdi. Direktor müavini Sofi Blanvillen ilk öncə Adel Ekzarkopulosu aşkar edir və daha sonra onu Abdellatif Keşişlə görüş təşkil edir. Ekzarkopulos iki ay ərzində cənab Keşiş ilə dinləmə, improvizasiya ssenarilərini, kafedə birlikdə oturarkən müxtəlif müzakirələri disskusiya etmələrini və Keşişin onu sakitcə seyr etməsini böyük coşğu ilə təsvir etmişdi. Yekun qərar Yeni ildən bir gün qabaq verilmişdi, bu vaxt Keşiş Adelə filmin baş rolunu təklif edir və daha sonralar intervyuların birində öz qərarını bu cür açıqlayır: "Mən Adeli pivə barına dəvət etmişdim. O barda limonlu piroq sifariş edir və onun piroqu necə yediyni gördükdə mən anladım ki, o həmin qadındır!"[22][23][24]. Digər tərəfdən, Lea Seydu filmin əsas çəkilişlərindən hələ 10 ay əvvəl Emma rolu üçün jüri tərəfindən seçilmişdi. Keşiş Seydunun gözəl xarakterini, səsini, zəkasını, güclü azadlıq hissini və xüsusən də onun qəlbində "ərəbsayağı nəsə olduğunu" qeyd etmişdi. O həmçinin əlavə etmişdir ki, Lea ilə görüşü zamanı onun cəmiyyətə və ətrafındakı dünyaya köklənəməsi həlledici məqamlardan biri idi. Keşiş şəxsən özünə çox bənzəyən Seydunun real sosial şüura malik olmasını da çox qiymətləndirmişdi. Indiewire-a verdiyi intervyuda, Seydu rəsmi çəkilişlərdən hələ 10 ay öncə Keşişlə görüşdüyünü, iki saat çəkən bu randevularda qadınlar və həyat haqqında söhbət etdiyini, filmdə daha realistik görünmək üçün əlavə rəssamlıq və heykəltəraşlıq dərsləri aldığını, incəsənət və fəlsəfə haqqında çoxlu ədəbiyyat oxuduğunu da bildirmişdi[22][24].
Çəkiliş
[redaktə | mənbəni redaktə et]Başlanğıcda iki ay yarıma planlaşdırılan filmin çəkiliş işləri 4 milyon € büdcəsi ilə 2012-ci ilin mart ayından avqusta kimi uzadılmışdı[1]. Eyni anda bu mövzu ilə əlaqədar yeddi yüz əlli gündəlik qəzet satışa buraxılmışdı[25]. Filmin çəkilişləri Lill, habelə Rube və Lieven şəhərlərində düzənlənmişdi[26].
Mübahisələr
[redaktə | mənbəni redaktə et]Filmin 2013-cü il Kann kinofestivalında premyerasından sonra, Fransa Audiovizual və Kinematoqrafiya Birliyi (Syndicat des professionnels de l'industrie de l'audiovisuel et du cinéma) heyətin üzləşdiyi çətinliklərə görə filmin çəkilmə şəraitini tənqid etmişdi. Bildirilirdi ki, çəkiliş heyətinin dediyinə görə, filmin istehsalı, "mənəvi təzyiq" mühitinin hökm sürdüyü "ağır" şəraitdə baş tutmuşdur[1] Daha sonra tənqid filmdə çalışan işçilərin əmək haqqlarının pozulmasına dair ünvanlanmışdı.[27] Texniki heyət direktor Abdellatif Keşişi təcavüzdə, ödənilməmiş iş saatlarında və əmək qanunlarının pozulmasında ittiham etmişdilər[28].
2013-cü ilin sentyabr ayında, iki əsas aktrisa Lea Seydu və Adel Ekzarkopulos da həmçinin, çəkiliş zamanı Keşişin davranışı haqqında şikayət etmişdilər. Onlar bu film təcrübəsini "dəhşətli" təsvir etmiş və onunla təkrar işləməyəcəklərini bildirmişdilər[29]. Ekzarkopulos sonradan onların narazılığı barədə bu cür bildirmişdi: "Xeyr, bu real idi. Lakin bu göründüyü qədər də böyük deyildi. Mənim üçün bir çəkiliş bir insan macərasına bərabərdir və hər macəra siz bəzi münaqişələrə sövq edir.[30]" 2014-cü ilin yanvar ayında verdiyi müsahibədə, Seydu problemə aydınlıq qətirdi: "Mən hələ də bu filmdən çox razıyam. Filmin çəkilişləri bir sıra çətinkilərlə müşahiyət olunurdu və insanlar elə düşünürdülər ki, mən məhz filmin korlandığına görə şikayət edirəm, ancaq bu əslində belə deyil. Mən sadəcə filmin gəliz olduğunu söyləmişdim. Həqiqət budur ki, o çox ağır idi, lakin başqa məsələlərdə hər şey yaxşıdır. Mən əslində özümü sınaqdan keçirməkdən çox məmnunam. Həyat filmdən daha çətindir. O çox vicdanlı direktordu və mən onun filmini sevirəm. Mən həqiqətən, bir rejissor kimi onu sevirəm. Deməli o bizə necə yanaşır? O bəzən məni danlayır, ancaq nə olsun ki![31]".
2013-cü ilin sentyabr ayında verdiyi müsahibədə, rejissor Abdellatif Keşiş filmin hələlik buraxılmayacağını bildirmişdi. Fransız jurnalı "Téléram"a müsahibə verərkən, Keşiş mənfi mətbuata istinad edərək, onların filmi ləkələdiyini və məhz buna görə onun artıq nümayişinin lazımsızlığı barədə düşündüyünü bildirmişdi[32][33].
Mövzu və interpretasiya
[redaktə | mənbəni redaktə et]Filmin təqdimatından sonra, onun bəhs etdiyi mövzu ətrafında analitik müzakirələr artmışdır. Tənqidçilər və auditoriya tərəfindən qeyd olunan təkrarlanan tematik element, yəni sosial sinif bölgüsü və iki mərkəzi simvol olan Adel və Emmanın arasında baş verən azadlıq və sevgi hissləri geniş araşdırılmışdı[34][35].
Adel və Emmanın ailələri arasında əsas fərqlərdən biri də odur ki, Emmanın ailəsi onların lezbiyan əlaqələri haqqında məlumatlıdır, lakin Adelin konservativ valideynləri düşünürlər ki, qızlar sadəcə rəfiqədirlər[36]; bəzi tənqidçilər isə qeyd edirlər ki, sosial təbəqələr arasındakı fərqlər Keşiş yaradıcılığının daimi mövzularından biridir: "Keşişin əvvəlki işlərində sosial təbəqələr və bölünmələr əsas əhəmiyyətə malik açar xüsusiyyəti daşıyır; o, hətta hekayənin ehtiraslı protoqonist obrazı olan Klementinanın (fr.Clémentine) adını ona görə dəyişir ki, ərəb dilindən tərcümədə bu ad "ədalət" mənasını verir[37]. Film tənqidçilərdən biri öz yazııarında qeyd etmişdi ki, Adelin burada ədəbiyyata və oxumağa olan incə və ehtiramlı davranışı, onun heyranlıqla pedaqogika dünyası ilə tanışlığı filmin digər görkəmli xüsusiyyətlərindən biri sayılır[37].
Tənqidçilərdən biri Adelin həyat təcrübəsi dəyişdikcə, dəyişilən və onun daxili aləmini əks etdirən siyasi baxışına diqqət çəkir: "Mavi ən isti rəngdir filmi ilk baxışdan heç nəyi ilə fərqlənmir. Qara dərili və ərəblərin əhatəsində olan Adel təhsilin maliyyələşdirilməsinin yaxşılaşdırılmasını tələb edir. Filmdə səslənən "On lâche rien" ("Biz heç bir zaman geri çəkilməyəcəyik!") mahnısı Əlcazairli bəstəkar Xaddur Haddadi tərəfindən bəstələnib və hazırda Fransa Kommunist Partiyasının rəsmi himni hesab olunur. Bununla belə, Emma ilə sevgi münasibətlərini başladıqdan sonra, biz görürük ki, o öz sevgilisi ilə şən gey parada da qoşulur və orada əylənir[38].
Adelin həyatı həmçinin vizual simvolika ilə də zəngindir[39][40]. Mavi rəng bütün film boyu – Adelin gey kluba getməsindən başlayaraq düz filmin sonuna kimi, yəni Emmanın gözlərində, onun saçlarında və sərgidə geyindiyi paltarda geniş istifadə olunur. Adele üçün, mavi rəng maraq, ekstaz, sevgi və nəticədə kədərin bir elçisi kimi təmsil olunur. Adel həmçinin məşhur Mavi dövrün melaxoliyasından keçmiş rəssam Pablo Pikassoya bir neçə dəfə istinadlar etmişdi[41][42]. Emma Adel ilə əlaqələrinə son qoyduqdan və ona duyduğu ehtirslarını zəiflətdikdən sonra, mavi rəngə boyadığı saçlarından imtina edir və daha təbii, konservativ saç düzümü qəbul edir[43]. Bundan başqa filmdə müntəzəm istehlak olunan spagettidən başlayaraq, Adelin ilk dequstasiya təcrübəsi yəni istridyəyə kimi geniş qida çeşidləri nümayiş olunmuşdu[44]. Adelin Emma ilə yaşadığı ehtiraslı sevg hissləri, Toma ilə isə uğursuz əlaqələri ümumilikdə hetero- və homoseksual münasibətlərin film boyunca necə dinamik kəsişdiyini açıq şəkildə nümayiş edir. Adel açıq lesbian kimi təsvir olunmur; o hər iki cinsin nümayəndəsi ilə əlaqədə olur və hətta filmin sonunda, onun seksuallığı anlaşılmaz qalır.
Təqdimat
[redaktə | mənbəni redaktə et]Çıxarılması
[redaktə | mənbəni redaktə et]"Adelin həyatı" filminin dünya premyerası 23 may 2013-cü ildə keçirilən 66-cı Kann Kino Festivalında baş tutmuşdu[45]. Seyircilər filmi ayaq üstə alqışlayır, Festivalda keçirilən sorğuda isə tənqidçilər filmin ən yüksək mükafatları əldə edəcəyini bildirmişdilər. 2013-cü ilin avqust ayında film Şimali Amerikanın Telluride Film Festivalında qatılmış, 5 sentyabr 2013-cü ildə isə Toronto Beynəlxalq Film Festivalının xüsusi təqdimat bölməsində nümayiş olunmuşdu[46].
Film 131-çox ərazidə nümayiş edilmiş[47] və kommersiya baxımından "12" reytinq ilə Fransada 9 oktyabr 2013-cü ildə azad yayıma buraxılmışdı[48]. Birləşmiş Ştatlarda filmin "açıq seksual məzmunlu" olduğu üçün Amerika Film Assosiasiyası tərəfindən NC-17 reytinqi ilə qiymətləndirilmişdi. 25 oktyabr 2013-cü il tarixində film Nyu-York və Los-Anceles şəhərlərinin dörd teatrında məhdud sayda nümayiş olunmuş və sonrakı həftələrdə tədricən genişləndirilmişdi[49][50][51][52]. Film həmçinin 13 fevral 2014-cü ildə Birləşmiş Krallıqda[53], 15 noyabrda isə Avstraliya və Yeni Zellandiyada izləyicilərə təqdim olunmuşdu[54][55][56]. Azərbaycanda filmin premyerası 7 noyabr 2014-cü ildə baş tutmuşdur.[4]
Ev üçün video
[redaktə | mənbəni redaktə et]Adelin həyatı Fransada 26 fevral 2014-cü ildə Vild Sayd adlı teatr distribütoru tərəfindən Blu-ray Disc və DVD formatında, 25 fevralda isə Şimali Amerikada "The Criterion Collection" şirkətinin köməyi ilə satışa çıxarılıb. Filmin xüsusi buraxılışı sonrakı tarixlərdə satışa çıxarılmışdı[57].
Braziliyanın Blu-ray istehsal şirkətləri Sonopress və Sony DADC filmin seksual xarakterli məzmununu əsas götürərək, onu plyonkaya yazmaqdan imtina edirlər. Distributorlar isə bu vəziyyəti tərsinə çevirmək üçün mübarizə aparırlar[58].
Qəbulu
[redaktə | mənbəni redaktə et]Satış göstəriciləri
[redaktə | mənbəni redaktə et]Adelin həyatı filmi bütün dünya üzrə ümumilikdə 19,412,787 $ gəlir əldə etmişdi[2]. Fransada onun açılış mərasimində film 8,200 $ əldə etmişdi, həftə ərzində isə film 285 kinoteatrın ekranlarında nümayiş olunmuş və 2.3 milyon $ gəlir qazanmışdı. Film ilk həftəsonu dördüncü pillədə qərarlaşmış və onun təxminən üç saat müddətində nümayiş olunması da xüsusilə qeyd edilmişdi[59][60]. Film ABŞ-da çox məhud sayda göstərilmişdi; belə ki, Nyu-York və Los-Ancelesin dörd kinoteatrlarında nümayiş olunan film 25.279 $, ilk həftəsonu isə təxminən 101.116 $ qəlir qazanmışdı[61].
Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]— Mik LaSalle, The San Francisco Chronicle.[62]
Film, xüsusilə Adel Ekzarkopulosun ifası tənqidçilərin diqqətini cəlb etmiş və əsasən müsbət rəylər almışdır.[63] Rotten Tomatoes vebsaytı tənqidçilərin rəylərini ümumiləşdirərək 154 rəy əsasında filmi 90% hesabıyla 8.1/10 bal səviyyəsində dəyərləndirir. Sayt tənqidçilərinin ortaq rəyi isə bu cür ifadə olunur: “Naşı, dürüst, güclü davranışlı və nəfis gərginlikli film olan “Mavi ən isti rəngdir”, müasir kinomatoqrafiyanın ən zərif və emosional dramalarından birdir."[64] “Metacritic” filmi 41 rəy əsasında 88% hesabıyla dəyərləndirir, “ümumbəşəri bəyənmə”yə layiq olduğunu bildirir.[65]
Kann kinofestivalında film uzun[66] və qrafik seks səhnələri (bu səhnələrdə həm də süni genitali istifadə olunmuşdu)[29] ilə əksər tənqidçiləri təəccübləndirmişdi və onlar filmin vizyona girəcək versiyasından bu səhnələrin çıxarılmasını məsləhət görmüşdülər.[67] Bəzi tənqidçilər isə filmin Qızıl palma budağı qazanmağa əsas namizəd olduğunu bildirirdilər ki, film də bu uğuru əldə etdi.[13][67][68][69][70] Stiven Spilberq, Enq Li və Nikol Kidmanın da daxil olduğu münsiflər heyəti rejissorla yanaşı filmin iki əsas aktrisasının da mükafatlandırılması üçün bu vaxta kimi mükafat tarixində görünməmiş bir addım atmışlar. Münsiflər heyətinin sədri Stiven Spilberq bu haqqda deyir:
"Film, özümüzü xüsusi hiss etməyə məcbur edən, dərin məhəbbət və kədəri əks etdirən böyük məhəbbət tarixçəsidir. Rejissor təsvirə heç bir məhdudiyyət qoymayıb və biz hər iki aktrisanın ifasından və xüsusilə rejissorun yaratdığı obrazları görməsi və hiss etməsindən tamamilə tilsimlənmişik.”[71][72]
Castin Çanq “Variety” jurnalındakı məqaləsində yazır: "İndiyə qədər çəkilmiş bütün filmləri yada salsaq, Adelin həyatında ən şiddətli lezbiyan seks səhnələri var".[5] “Hollywood Reporter” jurnalından Cordan Mintzer deyir ki, təxminən üç saatdan artıq davam etməsinə baxmayaraq, filmdə “Lea Seydunun fenomenal dəyişimi və yenicə fəaliyyətə başlamasına baxmayaraq mükəmməl rol nümayiş etdirən Adel Ekzarkopulosun ifası sona qədər vəhdətdə saxlanıla bilinmişdir.”[73] “The Daily Telegraph”dan Robbi Kollin filmin maksimum beş ulduza layiq görür və Qızıl palmanı qazana biləcəyini vurğulayır. O yazır: “Keşişin filmi üç saat davam edir və bu vaxt ərzində yaşanan ueganə problem odur ki, mən həmin müddətdə daha yeddi filmə baxıb məsud ola bilərdim. Bu film ekstraordinar xoşbəxtlik sıçrayışı, kədər, qəzəb, ehtiras və ümid olmaqla yanaşı, həm də Adel Ekzarkopulos və Lea Seydunun ifasında festivala iki gözəl ifa qazandırdı.”[74] “The Guardian”dan Piter Bredşou əlavə edir ki, “bu həqiqətən də ehtiraslı filmdir” və filmə əvvəl verdiyi dörd ulduz qiymətini dəyişərək beş ulduzla əvəz edir.[11][75] “The New York Observer”dən Stefan Qaret qeyd edir ki, film, “triumfdan daha az bir şey deyil” və “cinsi oyanışdan bəhs edən əsas əsərlərdən biridir.”[76]
— Joe Morgenstern, Wall Street Journal.[77]
Avstraliya Film Tənqidçiləri Dairəsindən Endryu Çan yazır ki, “Vonq Kar-vainin böyük rezonans doğurmuş filmi “Birlikdə xoşbəxt” filmindən fərqli olaraq, Abdellatif Keşiş sevgi və əlaqəni yaxşı bilir və hər şeyi o qədər detallı təsvir edir ki, az qala qəhrəmanların nəfəs almalarını da hiss edirsən. İki qadının uzun illər ayrılıqdan sonra yenidən restoranda görüşmə səhnəsi var və orada onların gözlərindən axan yaşlar aralarındakı sevginin nə qədər böyük olduğunu, lakin yenidən birlikdə olmanın da yolu olmadığını göstərir. Asanlıqla demək olar ki, “Mavi ən isti rəngdir” filmi 2013-cü ilin ən təsirli və güclü filmlərindən biridir.”[78]
“Movie Room” tənqidçiləri filmi 4 1⁄2 ulduzla dəyərləndirərək qeyd edirlər ki, “Bu film homoseksualizmə qarşı dözümsüzlük və ya qızların lezbiyan olmaq istəməsi haqqında deyil. Burada siz insanın gəncliyindən qaynaqlanan yöndəmsizliyi ilə üzləşməsinin şahidi olacaqsız.”[79] İspan film rejissoru Pedro Almodovar isə qeyd edir ki, film, 2013-cü ilin ən yaxşı on iki filmindən biridir.[80]
Lakin film tənqidlərdən də kənarda qalmamış, əsasən seks səhnələrinə görə tənqid hədəfi seçilmişdir. “The New York Times”dan Manola Dargis filmi “vəhşicəsinə intizamsız” sözləri ilə ifadə edir və bildirir ki, “Mr. Keşişin istəklərini başqalarından daha yaxşı başa düşür.”[81] Həmçinin hekayənin orijinal müəllifi də filmə bir az soyuq yanaşmışdır. O filmdə verilmiş seks səhnələrini tənqid edərək filmi pornoqrafiya ilə müqayisə etmişdir[82]. Lakin o onu da qeyd etmişdir ki, film "həmin hekayənin... daha bir variasiyasıdır"[83].
Film tənqidçilərinin Top On siyahısı
[redaktə | mənbəni redaktə et]Müxtəlif tənqidçilər "Adelin həyatını" 2013-cü ilin ən yaxşı layihələrindən biri hesab etmişdilər.
|
|
|
Mükafatlar
[redaktə | mənbəni redaktə et]Film geniş amerikan prokatına yalnız oktyabr ayında daxil olduğundan, Oskar mükafatına nominantlar siyahısına düşməmişdi[133] Film həmçinin 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb[14]. Ayrıca olaraq aktrisalara xüsusi mükafat kimi Qızıl Palma verilmişdir[134][135][136]. Keşiş bu mükafatı "Fransa gənclərinə" və tam azadlığı və məhəbbəti özlərinində ifadə etmək arzusunda olan" Tunis inqilabına həsr olunduğunu bildirmişdi[137]. Kannda o həm də FIPRESCI mükafatını qazanmışdı[138].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Fabre, Clarisse. "Des techniciens racontent le tournage difficile de "La Vie d'Adèle"". Le Monde (French). 24 May 2013. 30 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ 1 2 "Blue Is the Warmest Color (NC-17)". BoxOffice®. 1 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2014.
- ↑ "Release Date: Blue Is the Warmest Colour". Alt Film. 21 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2013.
- ↑ 1 2 Adelin həyatı Arxivləşdirilib 2015-09-22 at the Wayback Machine, İstifadə tarixi 23 may 2015
- ↑ 1 2 "Cannes Film Review: 'Blue Is the Warmest Color'". Variety. 24 May 2013. 27 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2013.
- ↑ 1 2 3 La Vie d'Adèle : Chapitres 1 et 2 (fr.). 2013.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ http://www.imdb.com/title/tt2278871/.
- ↑ IMDb (ing.). 1990.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ 1 2 "Cannes 2013: La Vie D'Adèle Chapitres 1 et 2 (Blue is the Warmest Colour) – first look review". 2013-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-09.
- ↑ "Картина «Жизнь Адель» получила «Золотую пальмовую ветвь»". 2013-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-09.
- ↑ 1 2 "Cannes Film Festival: Awards 2013". Cannes. 26 May 2013. 17 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ 1 2 "Blue is the warmest colour team win Palme d'Or at Cannes 2013". RFI. 26 May 2013. 8 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ "Лауреат Каннского фестиваля выйдет в российский прокат без купюр". Lenta.ru. 2013-06-05. 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-21.
- ↑ "Box-office 1er week-end : "La Vie d'Adèle" fait le plein !" (fransız). AlloCiné. 2013-10-14. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-21.
- ↑ "Pedro Almodovar's Top 12 Films of 2013 Includes 'Blue is the Warmest Color'". December 14, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 25, 2014.
- ↑ 1 2 "The top 30 films of 2013". The Times. 26 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Top 10 films of 2013: From Blue is the Warmest Colour". January 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2014.
- ↑ "Blue is the Warmest Color". Metacritic. April 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2014.
- ↑ Kevin Jagernauth. "NYFF: Abdellatif Kechiche Open To 'Blue Is The Warmest Color' Sequel, Says Director's Cut Will Be 40 Minutes Longer" (ingilis). Indiewire. 2013-10-11. 2013-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-21.
- ↑ 1 2 3 "An interview with Abdellatif Kechiche director of Cannes winner Blue Is the Warmest Colour". The Upcoming. 26 May 2013. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2013.
- ↑ "Cannes Roundtable: Adele Exarchopoulos on Blue is the Warmest Colour". CraveOnline. 24 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 December 2013.
- ↑ 1 2 ""It Was Just You, Your Skin, And Your Emotion": Lea Seydoux & Adele Exarchopoulos Talk 'Blue Is The Warmest Color"". Indiewire. 24 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 December 2013.
- ↑ "La Vie d'Adèle", la Palme de l'émotion[ölü keçid] – letemps.ch
- ↑ "Arxivlənmiş surət" (PDF). 2013-10-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
- ↑ Fabre, Clarisse. "Le Spiac-CGT dénonce les conditions de travail sur le tournage de 'La Vie d'Adèle'". Le Monde (French). 23 May 2013. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ Polémique autour du tournage de la «Vie d’Adèle» Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine, La Croix, 29 May 2013.
- ↑ 1 2 "The Stars of 'Blue is the Warmest Color' On the Riveting Lesbian Love Story". The Daily Beast. 1 September 2013. 15 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2013.
- ↑ "Tangled up in Blue is the Warmest Colour". The Sydney Morning Herald. 12 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2014.
- ↑ "L'agent provocateur: meet Léa Seydoux, star of Blue is the Warmest Colour". London Evening Standard. 31 January 2014. 1 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2014. (#apostrophe_markup)
- ↑ Patches, Matt. "'Blue Is the Warmest Color' Shouldn't Be Released, Director Says". Hollywood Reporter. 24 September 2013. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2013.
- ↑ "Polémique autour de "La vie d'Adèle" : Abdellatif Kechiche s'explique dans "Télérama"". Telerama. 7 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2013.
- ↑ "Blue is the Warmest Color is about class, not just sex". November 4, 2013. May 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2014.
- ↑ "Blue is the Warmest Color". Icon Cinema. October 25, 2013. 7 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2014.
- ↑ "Film Review: 'Blue Is The Warmest Color'". Neon Tommy. February 21, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 24, 2014.
- ↑ 1 2 "Review: Blue is the Warmest Colour". Film Comment. May 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2014.
- ↑ Wolff, Spencer. "Buried in the Sand: The Secret Politics of Blue is the Warmest Color". Huffington Post. 8 November 2013. 4 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2014.
- ↑ "Blue is the Warmest Colour – film review". October 16, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 22, 2014.
- ↑ "Blue Is the Warmest Color author: "I'm a feminist but it doesn't make me an activist"". Salon.com. August 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2014.
- ↑ "Blue Is the Warmest Color". Slant Magazine. 8 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2014.
- ↑ "'Blue Is the Warmest Color' Review – Garry Arnot". The Cult Den. 27 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 February 2014.
- ↑ "Feeling Blue: On Abdellatif Kechiche's "Blue Is the Warmest Color"". Los Angeles Review of Books. February 27, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 22, 2014.
- ↑ "'Blue is the Warmest Color' a masterpiece". Times Union. October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2014.
- ↑ "Lesbian romance 'Blue Is the Warmest Color: The Life of Adele' wins Palme d'Or, Cannes Film Festival's top honor". NY Daily News. New York. 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ "Festival – Special Presentation". TIFF. 29 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ "Blue is the Warmest Color sets out to conquer the world". Unifrance. 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2013.
- ↑ "NYFF Film 'Blue Is the Warmest Color' Heads to U.S. with NC-17 Rating". Filmlinc. 5 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ Kaufman, Amy. "Controversial 'Blue Is the Warmest Color' off to solid start". Los Angeles Times. 27 October 2013. 18 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2013.
- ↑ Kilday, Gregg. "'Blue Is the Warmest Color,' Palme d'Or-Winning Lesbian Love Story, Gets NC-17 Rating". Hollywood Reporter. 20 August 2013. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2013.
- ↑ "Palme d'Or winner 'Blue Is the Warmest Color' gets NC-17 rating". Hitfix. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2013.
- ↑ "Blue Is the Warmest Color' To Be Released With NC-17 Rating in U.S." Variety. 19 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2013.
- ↑ "Blue is the Warmest Colour release 'should be cancelled', says director". The Guardian. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2013.
- ↑ "Blue Is The Warmest Color". Palace Cinemas. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2014.
- ↑ "More than sex to lesbian love story Blue is the Warmest Colour". The Australian. 8 February 2014. 21 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2014.
- ↑ "Movie review: Blue Is The Warmest Colour". The New Zealand Herald. April 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2014.
- ↑ "Blue is the Warmest Color Product Page". The Criterion Collection. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2013.
- ↑ "Conteúdo de 'Azul é a cor mais quente' dificulta lançamento em blu-ray no Brasil" (Portuguese). O Globo. February 25, 2014. September 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2014.
- ↑ "FRANCE: 'Planes' Takes Off with $4.2M Debut". BoxOffice. 2014-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ Richford, Rhonda. "'Blue Is the Warmest Color' Director Slams 'Arrogant, Spoiled' Star in Open Letter". The Hollywood Reporter. 23 October 2013. 19 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ "Specialty Box Office: Big Debut For 'Blue' As Lesbian Drama Turns Controversy Into Cash". Indiewire. 24 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ "Blue Is The Warmest Color review: a masterpiece". San Francisco Gate. January 16, 2014. August 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2014.
- ↑ ""Blue is the Warmest Color": Red-Band Trailer". February 26, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 9, 2014.
- ↑ "Blue Is The Warmest Color (2013)". Rotten Tomatoes. Flixster. 27 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2013.
- ↑ "Blue Is the Warmest Color Reviews". Metacritic. CBS. 9 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2013.
- ↑ Cannes 2013 : les scènes les plus sexe du Festival Arxivləşdirilib 2013-10-20 at the Wayback Machine – Le Figaro
- ↑ 1 2 "Lesbian drama tipped for Cannes' Palmes d'Or prize". BBC News. 24 May 2013. 20 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2013.
- ↑ "The Ten-Minute Lesbian Sex Scene Everyone Is Talking About at Cannes". Vulture. 24 May 2013. 3 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2013.
- ↑ "Blue is the Warmest Colour installed as frontrunner for Palme d'Or". The Guardian. 24 May 2013. 12 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2013.
- ↑ "The Best Film at Cannes Is the French, Lesbian Answer to Brokeback Mountain". The Atlantic. 25 May 2013. 27 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2013.
- ↑ "Palme d'Or Winner: Cannes Has the Hots for Adèle". Time. 26 May 2013. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2013.
- ↑ "Steven Spielberg and Jury Discuss the Winners of Cannes". The Huffington Post. 26 May 2013. 19 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2013.
- ↑ "Blue Is the Warmest Color: Cannes Review". The Hollywood Reporter. 24 May 2013. 10 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2013.
- ↑ Collin, Robbie. "Cannes 2013: Blue is the Warmest Colour, review". The Daily Telegraph. London. 24 May 2013. 31 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2013.
- ↑ "Blue Is the Warmest Colour – review". The Guardian. 21 November 2013. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2013.
- ↑ "Cannes: Ebullient Lesbian Romance Blue Is the Warmest Color Is Stark Contrast to Dour Nebraska". New York Observer. 25 May 2013. 16 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2013.
- ↑ "Blue Is The Warmest Color". Wall Street Journal. October 24, 2013. February 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2014.
- ↑ Andrew Chan. "Blue Is the Warmest Colour". [HK Neo Reviews]. 23 December 2013. 12 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2014. (#apostrophe_markup)
- ↑ "Jostling for Position in Last Lap at Cannes". Movie Room Reviews. 7 November 2013. 8 April 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 November 2013.
- ↑ "Pedro Almodovar's Top 12 Films Of 2013 Includes 'Blue Is Warmest Color,' 'Mud,' 'Act Of Killing'& More". Indiewire. 11 December 2013. 14 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2013.
- ↑ "Jostling for Position in Last Lap at Cannes". The New York Times. 23 May 2013. 31 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2013.
- ↑ "Blue Is the Warmest Colour sex scenes are porn, says author of graphic novel". 2013-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-09.
- ↑ "Adèle's blue" (PDF). 2015-07-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-08-09.
- ↑ "Top Rédac 2013 : Adèle, Django et Wadjda parmi les films préférés d'AlloCiné". AlloCiné. 13 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Mick LaSalle's year in movies". San Francisco Chronicle. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2014.
- ↑ "Susan G. Cole's Top 10 Movies". Now Toronto. 6 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 January 2014.
- ↑ "Viva Mabuse! #67: We'll Tak a Right Gude-Willy Waught". Sundance Now. 4 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Top 10 films of 2013: From Blue Is The Warmest Colour to Gravity". Metronews. 22 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Le top 10 2013 de CinéObs : "La vie d'Adèle" encore et encore". Le Nouvel Observateur. 1 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2013.
- ↑ 1 2 3 4 5 6 7 8 "TOP 10 Cinéma 2013 : "La Vie d'Adèle", notre film de l'année". tf1. 20 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Carlos Aguilars 30 Best Films of 2013". March 29, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 15, 2014.
- ↑ "Stephanie Zacharek's Favorite Movies of 2013". The Village Voice. 2013-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
- ↑ "A Year of Struggle". The Star. Toronto. 21 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "'Stranger By the Lake' and 'Spring Breakers' Head Up Cahiers du Cinéma's Top 10 Films for 2013". Cahiers du cinéma. 18 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Top 50 Best Movies of 2013". Indiewire. January 8, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 15, 2014.
- ↑ "Sight & Sound Names 'Act of Killing' Top Film of 2013". Variety. 30 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "A. O. Scott's Top Movies of 2013". NY Times. 11 December 2013. 31 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ Collin, Robbie. "Film: the best and worst of 2013". The Telegraph. London. 20 December 2013. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2013.
- ↑ "The Time Out Film team's best films of 2013". Time Out. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "13 Best Movies of 2013". The Daily Beast. 13 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "20 Best Movies Of 2013". What Culture. 19 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Scott Foundas' Top 10 Films of 2013". Variety. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Justin Chang's Top 10 Films of 2013". Variety. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The 50 Best Movies of 2013". Paste. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2013.
- ↑ "The 2013 Top 10". Reelviews. 17 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2013.
- ↑ "Holiday Film Guide: Robert Horton's 10 Best Movies of 2013". Seattle Weekly. 6 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 December 2013.
- ↑ "Critic's Picks: The Top 10 Films of 2013 According to Indiewire's Film Critic". IndieWire. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "50 Best Movies Of 2013". Total Film. 6 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Best of 2013: Betsy Sharkey picks 'Gravity,' 'American Hustle". Los Angeles Times. 19 December 2013. 14 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2013.
- ↑ "The 10 best films of 2013". Maclean's. 23 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 December 2013.
- ↑ "Best of 2013: THR Awards Analyst Scott Feinberg's Top 10 Films". The Hollywood Reporter. 26 December 2013. 14 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "The 10 best movies of 2013". Salon. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Digital Spy's 20 best movies of 2013: 10-1". Digital Spy. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2013.
- ↑ "The 10 Best Films of 2013: Film.com's Official List". Film.com. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2013.
- ↑ "10 Best Films of 2013". Contactmusic.com. 7 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ Feinberg, Scott. "Best of 2013". The Hollywood Reporter. 26 December 2013. 14 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2014.
- ↑ "Clint O'Connor's Top 10 movies: Year in review 2013". Cleveland Plain Dealer. 7 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "The best films of 2013: the ballots". The Dissolve. 7 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2013.
- ↑ "Stephen Holden's Top Films of 2013". NY Times. 12 December 2013. 31 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "AP's Top 10 2013 Movies Include 'This Is The End,' 'Mud'". Huffington Post. 16 December 2013. 20 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The Best Movies of 2013". The New Yorker. 17 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The Best Movies of 2013". The Diamondback. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "David Edelstein's 10 Best Movies of 2013". Vulture. 22 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The Best Movies of 2013". ScreenCrush. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "Guy Lodge's Top 10 Films of 2013". Hitfix. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Arxivlənmiş surət". 2014-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
- ↑ "Gravity is Chris Vognar's No. 1 movie of the year. What else made the Top 10?". Dallas Morning News. 18 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The 10 best films of 2013". Time Out. 23 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The Braddies 2013: Peter Bradshaw nominates his films of the year". The Guardian. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2013.
- ↑ "The Best Movies of the Year". The New Yorker. 19 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2013.
- ↑ "Top Five Movies of 2013". Daily Mail. London. October 17, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2014.
- ↑ Лариса Юсипова. "Борьба за «Оскар» началась" (rus). Известия. 1 августа 2013. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-8-3. (#apostrophe_markup)
- ↑ Chang, Justin. "Cannes: 'Blue Is the Warmest Color' Wins Palme d' Or". Variety. 26 May 2013. 18 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ Dargis, Manohla. "Story of Young Woman's Awakening Is Top Winner". NY Times. 26 May 2013. 26 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ "Cannes Film Festival: Lesbian drama wins Palme d'Or". BBC News. 26 May 2013. 27 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
- ↑ Pulver, Andrew. "Cannes 2013 Palme d'Or goes to film about lesbian romance". The Guardian UK. London. 26 May. 9 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2013.
- ↑ Richford, Rhonda. "Cannes: 'The Missing Picture' Wins Un Certain Regard Prize". Hollywood Reporter. 26 May 2013. 28 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2013.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Blue Is the Warmest Color — Internet Movie Database saytında
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Lezbiyanın gündəliyi – oxşar mövzulu İspaniya filmi.
- Şərait – oxşar mövzulu İran filmi.
- Vikipediya:Əlifba sırasına görə seçilmiş məqalələr
- Əlifba sırasına görə filmlər
- Fransızca filmlər
- Fransa filmləri
- İspaniya filmləri
- Belçika filmləri
- 2013-cü ilin filmləri
- Lezbiyan filmləri
- Fransada çəkilən filmlər
- İspaniyada çəkilən filmlər
- Belçikada çəkilən filmlər
- Dram filmləri
- LGBT mövzulu Fransa filmləri
- LGBT mövzulu İspaniya filmləri
- 2010-cu illərin LGBT filmləri
- 2013-cü ilin Fransa filmləri
- Qızıl Palma Budağı qalibləri